APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda silah sursat aşkar olunub.
FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerinə baxış keçirilib və xeyli sayda silah və sursat, o cümlədən bir ədəd tank əleyhinə qumbaraatan mərmi, 131 ədəd əl qumbara, 103 ədəd əl qumbarasının alışdırıcısı, 24 ədəd avtomat silah, 2 ədəd snayper tüfəng, bir ədəd əl pulemyot, 30186 ədəd müxtəlif çaplı patron, 5 ədəd işığlandırıcı raket, 4 ədəd tüstü şaşkası, 36 ədəd avtomat darağı, bir ədəd “TOZ-8”, 13 ədəd ov tüfəngin qundağı, 14 ədəd ov tüfəngin lülləsi və bir ədəd 16 çaplı tüfəng aşkar edilib.
İstifadə üçün yararsız olan döyüş sursatları daxili qoşunların aidiyyəti mütəxəsisləri ilə birlikdə nazirliyin Xüsusi Riskli Xilsetmə Xidmətin mütəxəssisləri tərəfindən müvafiq poliqonda partlatma və yandırma üsulu ilə məhv edilib.
İstifadə üçün yararlı olan digər hərbi sursatlar və silahlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əməliyyat saat 12:39-da başa çatıb.