Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) İspaniya Senatının üzvü, Avropa Xalq Partiyası Qrupunun sədri, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt prezident İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən P. Aqramunt bildirib ki, seçkilərin nəticələri Azərbaycan xalqının ona və lideri olduğu partiyaya etibarın göstəricisi, xalqı uğurlu gələcəyə aparmaqda, Azərbaycanın firavanlığının artmasında, ölkənin regional və beynəlxalq arenada öz yerini möhkəmlətməsində göstərdiyi səylərə dəstəyin aydın təsdiqidir.