Bakının Babək prospektində zəncirvari qəza qeydə alınıb. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
Sürücü Pərviz Ağayev APA TV-yə deyib ki, yolun əks tərəfindəki maşın havada fırlanaraq, onun avtomobilinin üstünə düşüb.
Şahidlərin sözlərinə görə, 19 yaşlı Amal Davudovun idarə etdiyi "Mercedes" markalı, 99 BC 950 dövlət nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan, 30 yaşlı Ramil Qasımovun sürdüyü "Mercedes"i arxadan vurub. Ramil Qasımovun sürdüyü "Mercedes" zərbənin gücündən havada bir neçə dəfə fırlanaraq, yolun əks istiqamətinə düşüb. Yerə düşərkən əks istiqamətdən gələn Pərviz Ağayevə məxsus "Mercedes" markaklı, 90 SM 638 dövlət nömrə nişanlı avtomobilə dəyib.
Avtomobillərdən ən çox zərər görən avtomobilin sürücüsü xəstəxanaya aparılıb.
Faktla bağlı Nizami rayon polis idarəsi tərəfindən araşdırma aparılır.