Aptekdən külli miqdarda psixotrop dərman tapılıb
21 yanvar 2014 13:32 (UTC +04:00)

Aptekdən külli miqdarda psixotrop dərman tapılıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kəndində kənd sakini Fariz Nəsirova məxsus aptekdə külli miqdarda psixotrop maddə tapılıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aptekdən 8 ampula “Sibazon”, 34 ampula “Diazepam”, 10 həb “Alprozolam”, 170 paket “Kalsiypermanqanat”, 5 ampula “Krka”, 5 flakon “Tropin”, 800 həb “T-dol”, 100 həb “Azaleptin”, 25 həb “Tezertsin”, 130 həb “Aminazin”, 30 həb “Qluferal”, 40 həb “Etambutol”, 200 həb “İzoneazid”, 110 həb “Pirazenamid”, 40 həb “Gilbotex”, 150 həb “Dimenhidrinate”, 190 həb və 10 ampula “Qaloperidol” aşkar edilərək götürülüb.

 

Araşdırmalar davam etdirlir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914
avatar

Oxşar yazılar