ANS-in şikayətləri qismən təmin edilib
27 yanvar 2016 16:35 (UTC +04:00)

ANS-in şikayətləri qismən təmin edilib

“ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iki şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, hər iki prosesdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

 

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın çıxardığı inzibati tənbehvermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Bundan sonra şirkət apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290

Oxşar yazılar