Ana və qızı dəm qazından boğuldu
19 yanvar 2014 13:29 (UTC +04:00)

Ana və qızı dəm qazından boğuldu

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bünyadzadə küçəsi, ev 8, mənzil 19 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər. Onların meyiti bu gün səhər saatlarında aşkar edilib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də  məlumat yayıb. Məlumatda bildirilib ki, nazirliyə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında iki nəfərin köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. 

 

Qurumun xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə qalanların telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədikləri bəlli olub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə baxış keçirilərkən evdə qalan iki nəfərin vanna otağında vəfat etdiyi müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1913
avatar

Oxşar yazılar