“İsveçrənin münaqişələrin həllindəki təcrübəsi Qafqazda faydalı ola bilər”.
APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. O bildirib ki, həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri ilə bu gün və sabah məsləhətləşmələr aparacaq.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdə bu ilə dair əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.