Alt paltarından çoxlu narkotik tapıldı<span style="color:red;"> - AZƏRBAYCANDA
06 aprel 2018 10:14 (UTC +04:00)

Alt paltarından çoxlu narkotik tapıldı - AZƏRBAYCANDA

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd kapsul şəklində isə preqabalin adlı dərman preparatı aşkarlanıb.

 

Xatırladaq ki, klonazepam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

 

Aşkar edilən 5 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram, 96 ədəd həbdə və 29 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı isə 18,3 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar