Avropa Məhkəməsinin qərarlarına baxılması təxirə salındı
15 noyabr 2013 16:01 (UTC +04:00)

Avropa Məhkəməsinin qərarlarına baxılması təxirə salındı

Ali Məhkəmənin Plenumu günün ikinci yarısında işini davam etdirir.


 

İclasda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, İctimai Palatanın üzvü İbrahim İbrahimli haqında Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı məsləyə baxılması təxirə salınıb.

 

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə S.Cəlaloğlu və P. Hüseynin vəkili Fuad Ağayev bildirib. Vəkil deyib ki, buna səbəb kimi iclasda məsələ ilə bağlı məruzə edəcək hakimin xəstə olması göstərilib.

 

Plenumda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarının müzakirə olunub-olunmayacağı isə açıqlanmayıb.

 

Qeyd edək ki, günün ikinci yarısında Plenum mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21