Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran sakini Fəqan İsmayılovun dünən gecə tutulduğu bildirilir.
Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Mikayılov və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Mikayılovanın meyiti tapılıb.
Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub.