ABŞ Dövlət Departamenti Türkiyədə ötən həftə başlayan korrupsiya əməliyyatlarından sonra bu ölkənin bir sıra mətbuat orqanlarında tənqid olunan səfiri Frank Rikkardioneni müdafiə edən bəyanatla çıxış edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin imzası ilə yayılan bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar səfir F.Rikkardioneyə qarşı Türkiyə mətbuatında yönələn ittihamlardan narahatdır və bu narahatlıq türkiyəli rəsmilərin də diqqətinə çatdırılıb: “Türk mediasının bəzi kəsimləri tərəfindən səfirimizə və digər ABŞ rəsmilərinə əsassız ittihamları son dərəcədə yanlış hesab edirik. Türk rəsmilər bu cür yazılara əhəmiyyət vermədiklərinə dair bizə təminat veriblər”.