Bakı şəhər BPİ-mim Cinayət Axtarış İdarəsi və Yevlax şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirləndirilən qadın saxlanlıb. APA TV-nin xəbərinə görə, istintaqla müəyyən edilib ki, ayda bir dəfə oğlu ilə bərabər Yevlaxdan Bakıya gələn 1962-ci il təvəllüdlü İmarət Nadirova burada cibgirliklə məşğul olurmuş. İki gün Bakıda qalıb cinayət əməllərini törədəndən sora rayona qayıdırmış. Sonuncu dəfə bu il oktyabrın 19-da M.Cəlal küçəsində yerləşən mağazadan manekenin eynindəki paltosunu oğurlayıb.
O, əvvəllər məhkum olunsa da, bunu etiraf etməyib: "Mən tutulmamışam, cərimə olunmuşam. Şərə düşmüşəm. Bir sözlə, mənim başıma corab toxudular".
Məhkəmənin qərarı ilə İmarət Nadirova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dəymiş maddi ziyan şübhəli şəxsin yaxınları tərəfindən ödənilsə də, onun digər cinayətlərdə iştrakı istisna olunmur.
Qeyd edək ki, o, rayonda "Yevlaxlı İmarət" ləqəbi ilə tanınır.