<b>Azərbaycan şirkətlərinə məxsus 10 yük maşını Ukraynada oğurlanıb</b>
18 mart 2017 15:23 (UTC +04:00)

Azərbaycan şirkətlərinə məxsus 10 yük maşını Ukraynada oğurlanıb

 

Ukraynadan Azərbaycana yola salınan, içərisində “Veysəloğlu” və digər şirkətlər üçün yük olan ağır tonnajlı üç avtomobil yoxa çıxıb.

 

Ukraynanın İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, maşınlardan ikisində olan yükləri Azərbaycana göndərmək öhdəliyi olan şirkətin rəhbəri Mətləb Nəcəfov APA-ya bildirib ki, avtomobillərdən birində 20 tondan çox ət, digərində 20 tondan çox yağ, “Veysəloğlu”na yük gətirən başqa bir avtomobildə isə müxtəlif ərzaq məhsulları olub.

 

M. Nəcəfovun sözlərinə görə, maşınlardan biri Xmelnitski vilayətinin Starokonstantinov şəhərində, digəri isə Çerniqov vilayətinin Priluki şəhərində yüklənib: “Maşınlar qrafikə uyğun olaraq, Kiyevdən keçərək Odessaya gedib, oradan gəmilərə yüklənməliydi. Gömrük orqanlarının yoxlamasından da keçmişdi, Azərbaycana yola salınması qalırdı. Amma gözlənilmədən sürücülərlə əlaqə itdi və artıq 3 həftədir, heç bir xəbər yoxdur. Hadisə ilə bağlı dərhal yerli polisə və təhlükəsizlik orqanlarına şirkətim adından müraciət etdim. Onlar ilkin olaraq maşınların naməlum şəxslər tərəfindən oğurlandığını bildirsələr də, təəssüf ki, heç bir axtarış aparmırlar. O yüklərə mən cavabdehəm, külli miqdarda ziyana düşmüşəm”.

 

M. Nəcəfova onun şirkətinin yüklərini daşıyan avtomobillərin sürücülərinin pasportlarının və sürücülük vəsiqələrinin fotolarını da APA-ya təqdim edib.

 

M. Nəcəfov digər şirkət tərəfindən “Veysəloğlu” şirkəti üçün yola salınan maşının da yüklə birlikdə eyni vaxtda yoxa çıxdığını bildirib. O, belə halların son vaxtlar artdığını da vurğulayıb.

 

"Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, şirkətə məxsus qida məhsullarını Azərbaycana gətirən 1 yük maşını Ukrayna ərazisində yoxa çıxıb: “Bu məsələdə "Veysəloğlu" Şirkətlər Qrupu zərərçəkmiş tərəfdir. Məsələnin hüquq müstəvisində həlli üçün artıq aidiyyəti instansiyalara müraciət edilib”. 

 

APA-nın əldə etdiyi məlumata görə, indiyədək Azərbaycanın ayrı-ayrı şirkətlərinə məxsus yüklərlə dolu 10 yük maşını Ukrayna ərazisində oğurlanıb.

 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə APA-ya açıqlamasında onda bu barədə heç bir məlumat olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28