"Mercedes Benz" qəflətən yanıb - <span style="color:red;">YENİLƏNİB
16 mart 2014 10:15 (UTC +04:00)

"Mercedes Benz" qəflətən yanıb - YENİLƏNİB

 Bakının Tbilisi prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı minik avtomobili qəfil alışaraq yanıb. APA-nın məlumatına görə, qəza səbəbindən Tbilisi prospektində uzun tıxac meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Yanğın söndürənlər qısa zamanda maşının mühərrik hissəsində başlayan yanğının yanacaq çəninə doğru keçməsini əngəlləyiblər. Beləliklə, partlayışın qarşısı alınıb.

 

Hadidə yerinə Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsini əməkdaşları gəliblər. Sürücünün xəsarət almadığı yanğında avtomobilə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Hissəsi  yanğının baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar