"Mercedes" qəza törətdi, sürücü xəstəxanalıq oldu
08 dekabr 2017 03:58 (UTC +04:00)

"Mercedes" qəza törətdi, sürücü xəstəxanalıq oldu

0

Bakının Xətai rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib. APA-nın xəbərinə görə, o, işıqforda dayanan iki avtomobilə çırpılıb.

 

Məlumata görə, 1981-ci il təvəllüdlü Mustafayev Elmar Telman oğlunun Babək prospekti ilə idarə etdiyi "Mercedes" markalı minik maşını ara məsafəsinin qorunmaması səbəbindən işıqforun qırmızı işığında dayanmış "Toyota" və "Kia" markalı avtomobillərə çırpılıb. Nəticədə xəsarət almış sürücü E.Musatafayev 1 saylı Xəstəxanaya yerləşdirilib.

 

Yol qəzasının təfərrüatları araşdırılır. Polis ilkin versiya olaraq yüksək sürət amilini əsas gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar