Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 18 saylı məktəbdə 20 Yanvara həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 3-cü Bədii qiraət müsabiqəsi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə dram və kino aktyorlarının iştirakı ilə "Qarabağ" tamaşası oynanılıb və bununla müsabiqə açıq elan edilib.
Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirib. Daha sonra yarışmanın münsiflər heyəti qismində iştirak edən Əməkdar artistlər Güışad Baxşiyeva, Ağalar Bayramov, Mahirə Yaqubova, eləcə də Sahib Novruzov, Ərtoğrul Kamalov, Vüqar Əbdülov və Əbdül Məcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir deyən şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər.
Qaliblər və onların ifa etdikləri şeirlər isə aşağıdakı kimidir: 1-ci yer - Aslanov Hüseynağa C. Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri ilə 2-ci yer - Ağayeva Tahirə R. Qusarçaylının "Vətən " şeiri ilə 3-cü yer Məmmədova Rəna Xəlil Rza Ulutürkün " Vətən " şeiri ilə Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb. Layihənin ideya müəllifi və icraçısı Ayaz Məmmədov açıqlamasında gənclərin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi ilə fəxr etdiyini bildirib.
Samir Aslan