"Lancet" klinikasının rəhbəri, məşhur həkim Fərman Ceyranlı <span style="color:red;">AXTARIŞA VERİLDİ
12 iyul 2019 12:57 (UTC +04:00)

"Lancet" klinikasının rəhbəri, məşhur həkim Fərman Ceyranlı AXTARIŞA VERİLDİ

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.
 
APA-nın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.
 
Elanda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir.
 
Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib. 
 
Qeyd edək ki, F.Ceyranlı 2017-ci il mayın 22-də Gürcüstanda həbs olunub. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 247-ci maddəsinin 1-ci bəndi (insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) və 180-ci maddənin 3-cü hissəsinin b yarımbəndi (kütləvi dələduzluğa cəhd) maddələri ilə ittiham irəli sürülüb. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar