İsmayıllıda ev yanıb: <span style="color:red;">1 nəfər xəsarət alıb
30 sentyabr 2016 17:14 (UTC +04:00)

İsmayıllıda ev yanıb: 1 nəfər xəsarət alıb

0

 

İsmayıllı rayonunda evlərdən birində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, evə bitişik tikilmiş ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə və bitişik ümumi sahəsi 180 m2 olan 1 mərtəbəli 6 otaqlı evin 2 ədəd pəncərəsi qismən qarsalanıb.

 

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 1 nəfər vətəndaş yüngül yanıq xəsarətləri alıb və təcili yardım tərəfindən ona ilkin yardım göstərilib.

 

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın saat 14:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar