Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektinin köməkçi yolunda qeydə alınıb. Maksimal sürət həddi saatda 60 kilometr olan yolla çox yüksək sürətlə hərəkət edən "İnfiti" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın qarşıda hərəkətdə olan "Opel" markalı avtomobilə arxadan çırpılıb. Zərbə o qədər güclü olub ki, "İnfiniti" "Opel"i təxminən 150 metr sürüyüb. Dövlət Yol Polisi İdarəsinin hadisə yerindəki əməkdaşları bildiriblər ki, ilkin ehtimala görə qəzaya "İnfiniti"nin yüksək sürətlə hərəkət etməsi olub. Lakin dəqiq səbəb avtotexniki ekspertizadan sonra məlum olacaq.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Lakin onların adlarını dəqiqləşdirmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.