Qazaxda faciəvi hadisə: 24 yaşlı oğlan öldü, xeyli yaralı var
19 noyabr 2017 14:16 (UTC +04:00)

Qazaxda faciəvi hadisə: 24 yaşlı oğlan öldü, xeyli yaralı var

Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.

 

APA-nın Qərb bürosunun məlumatına görə, sürətli hərəkətdə olan “Opel” markalı minik avtomobili digər minik avtomobili toqquşub.

 

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri – Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Abayev Allahverdi Rasim oğlu dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

APA Baycan

Oxşar yazılar