<span style="color:red;">Kamran Əliyev:  "25 milyon manatlıq əmlaka həbs qoyulub"
25 iyul 2018 10:21 (UTC +04:00)

Kamran Əliyev: "25 milyon manatlıq əmlaka həbs qoyulub"

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

 

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

APA Baycan

Oxşar yazılar