Daha bir intihar: özünü tövlədə öldürdü
08 mart 2016 10:19 (UTC +04:00)

Daha bir intihar: özünü tövlədə öldürdü

Şəkidə 62 yaşlı kişi intihar edib.


Hüquq-mühafizə orqanlarındanAPA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.

 

Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179

Oxşar yazılar