<span style="color:red;">Bakıda dəhşətli hadisə:  şirkət işçisi 13-cü mərtəbədən yıxıldı
27 iyun 2018 09:59 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: şirkət işçisi 13-cü mərtəbədən yıxıldı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 5 ünvanında (MVVL Verius Pradium) şirkəti tərəfindən inşa edilən çoxmərtəbəli binada işləyən 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 13-cü mərtəbədən yıxılıb. O, hadisə yerindəcə keçinib.

 

Bildirilir ki, vəfat edən şəxs adı qeyd edilən şirkətdə elektrik işləyirmiş.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

Nizam Rza

Oxşar yazılar