<span style="color:red;">Bakıda dəhşətli cinayət:  küçənin ortasında döyə-döyə öldürdü
28 noyabr 2016 10:52 (UTC +04:00)

Bakıda dəhşətli cinayət: küçənin ortasında döyə-döyə öldürdü

 

Noyabrın 26-na keçən gecə Bakı şəhərinin Bakıxanov qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Yuri Batanovla 1980-ci ildə anadan olmuş Natiq Abbasov qəsəbədəki kafelərdən birində yeyib içiblər. Gecə yarısınadək kafedə oturan tanışlar daha sonra oranı tərk ediblər və küçədə mübahisə ediblər.

 

Mübahisə zəminində N.Abbasov tanışına zərbələr endirib. Y.Batanovun yıxıldığını görən 36 yaşlı Bakı sakini təpiklə onun başına zərbələr endirib. 47 yaşlı Yuri küçədəcə ölüb.

 

Bildirilir ki, hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və qeyri-sağlam həyat tərzi sürürlər.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Nizam Rza

Oxşar yazılar