APA-nın məlumatına görə, Anar Əliyevin idarə etdiyi BMW və Şamil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
İlkin ehtimala görə, “Mercedes” markalı avtomobil Şəhər şosesindən məhəlləarası yola daxil olmaq istəyib. İşıqforun qadağanedici işığında hərəkətini davam etdirən BMW markalı avtomobil isə ona çırpılıb.
Yol Patrul Xidmətinin əməkdaşı Firuz Məmmədovun verdiyi məlumata görə, faktla bağlı Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.