![[b]Vətəndaşların 2 milyonunu mənimsəyən şirkət rəhbəri həbs edildi[/b]](https://lent.az/storage/news/2019/may/08/big/bf0e249156936e8e3d8a29f96523ead5.jpg)
[b]Vətəndaşların 2 milyonunu mənimsəyən şirkət rəhbəri həbs edildi[/b]
0
0
Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən şirkət rəhbəri həbs olunub.
ONA-nın məlumatına görə, “Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C.Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.
Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə mayın 3-də təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Q.Ədilov bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü “MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da istintaq onu zərərçəkən kimi tanımayıb.
0
0