[b]Şəkidə 40 yaşlı velosipedçi ağır xəsarət aldı[/b]
09 may 2018 22:02 (UTC +04:00)

[b]Şəkidə 40 yaşlı velosipedçi ağır xəsarət aldı[/b]

Şəkidə velosipedçi yıxılaraq ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, Səfərov küçəsi ev 6 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Mabud Davud oğlu Abduləzizov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək velosipedi aşırıb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Abduləzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mabud Abduləzizova açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumatda o da bildirilir ki, Mabud Abduləzizov son zamanlar əsəb xəstəliyindən əziyyət çəkir və o, Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar