[b]Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq[/b]
14 mart 2017 12:35 (UTC +04:00)

[b]Sabah Azərbaycanda 17 dərəcə temperatur olacaq[/b]

 

Martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi  ilə gündüz cənub-şərq küləyi  əvəz olunacaq.

 

Havanın temperaturu gecə 4-7° isti,  gündüz 10-15° isti olacaq.

 

Bakıda gecə 4-6° isti, gündüz  13-15° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar