<b>Neftçalada kütləvi dava: yaralananlar var </b> - YENİLƏNİB
18 aprel 2018 09:05 (UTC +04:00)

Neftçalada kütləvi dava: yaralananlar var - YENİLƏNİB

0

Bu gecə Neftçala rayonunda kütləvi dava zamanı bıçaq xəsarəti alan şəxslərin kimliyi müəyyənləşib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayondakı restoranlardan birində içki məclisinin sonunda baş verən insident zamanı Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzzağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü  Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Babı İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Davada xəsarət almayan 2 nəfər saxlanılıb.

 

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

 

***

 

08:01

 

Neftçalada kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar