Naxçıvan şəhərində qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabr ayının 30-da Naxçıvan şəhərinin C.Naxçıvanski küçəsində şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Faktla əlaqədar şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Naxçıvan Şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Mahir Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.