[b]Məktəb direktoru qəzaya düşdü[/b]
07 aprel 2017 02:19 (UTC +04:00)

[b]Məktəb direktoru qəzaya düşdü[/b]

0

Qaxda məktəb direktoru qəzaya düşüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə aprelin 6-ı axşam saatlarında Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsində baş verib. Qax şəhər sakini, 1957-ci il təvəllüdlü Soltan Kazım oğlu Hacıyev idarə etdiyi “VAZ 21011” markalı 34-BC-703 dövlət nömrə nişanlı  avtomobillə hərəkətdə olarkən, hərəkətdə olan digər minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ-21011”-in sürücüsü Soltan Hacıyev və digər avtomobildə olan sərnişin, Qax sakini 1974-cü il təvəllüdlü Könül İmamzəddin qızı Məmmədova  aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX ) çatdırılıblar.

 

Xəstəxanadan  verilən məlumata görə, xəstəxanaya daxil olan Soltan Hacıyevə döş qəfəsinin küt travması, Könül Məmmədovaya isə açıq kəllə-beyin travması  diaqnozu qoyulub.

 

Qeyd edək ki, qəzaya düşən sürücü  Soltan Hacıyev Qax şəhər 4 saylı tam orta məktəbin direktorudur.

 

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar