Bakıda keçmiş arvadını öldürərək qaçan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimovanın hadisə yerində ölüb, E.Əliyevin isə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.