[b]Hacıqabulda polis şöbəsində intihara cəhd[/b]
14 may 2018 22:33 (UTC +04:00)

[b]Hacıqabulda polis şöbəsində intihara cəhd[/b]

Hacıqabulda müvəqqəti saxlama təcridxanasında 31 yaşlı məhbus özünü asaraq intihara cəhd edib.

 

APA-nın məlumatına görə, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Eyvaz Müzəffər oğlu özünü asaraq intihara cəhd edib.

 

Bundan xəbər tutan təcridxanada xidmətdə olan polis əməkdaşları onu xilas etməyə müvəffəq olublar. Xilas olunan məhbus ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar