Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.
APA-nın verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.
Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.