Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.