<b>DSX sərhədi pozmağa çalışan 5 əcnəbini saxladı</b>
01 may 2018 09:33 (UTC +04:00)

DSX sərhədi pozmağa çalışan 5 əcnəbini saxladı

0
Aprelin 26-da Dövlət Sərhəd Xidməti tərəfin­dən 5 əcnəbi vətəndaşın dövlət sər­hə­di­ni pozmasının qarşısı alınıb.
 
 
 
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıb. 
 
 
Araşdırma zamanı Azərbay­can Res­pub­li­­kasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub. 
 
 
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar