Azərbaycanda daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb.
APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur.
K. Əliyev həmçinin qeyd edib ki, Göyçayda körpünün uçması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Hazırda həmin cinayət işlərə üzrə istintaq tədbirləri davam etdirilir.