[b]Cənub bölgəsində zəlzələ olub[/b]
05 aprel 2017 04:07 (UTC +04:00)

[b]Cənub bölgəsində zəlzələ olub[/b]

0

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. APA-nın cənub bürosunun xəbərinə görə,  zəlzələ yerli vaxtla 03:16-da qeydə alınıb.

 

Yeraltı təkanlar bölgənin Lənkəran və Masallı rayonlarında daha çox hiss olunub.

 

Zəlzələ Lənkəranın Separadi, Cil, Vilvan və Zövlə, Masallının Boradigah, Böyük Xocəvər, Qızılavar və Bədəlan kəndləri ərazisində, təxminən 3-4 bal gücündə hiss olunub.

 

Adıçəkilən ərazilərdə dağıntının olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar