Qaxda çaydan iki gün əvvəl tapılan meyitin kimliyi məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 11-i rayonun Əlibəyli kəndində çaydan tapılan meyitin 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Gülnar Çingiz qızı İbrahimovanın olduğu müəyyən olunub.
Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.