<b>BMCMİ əməliyyat keçirdi, kilolarla narkotik aşkarlandı</b>
30 sentyabr 2016 14:15 (UTC +04:00)

BMCMİ əməliyyat keçirdi, kilolarla narkotik aşkarlandı

0

 

Gəncə sakininin avtomobilində narkotik vasitə aşkarlanıb.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb və yük yerinə baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülüb M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri başqa bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar