Bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, yanğın binadakı elektrik kabellərində tüstülənmədən yaranıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb
Lent.az modern.az-a istinadən xəbər verir ki, yanğın olan binadan “Bakı xəbər” qəzetinin baş redaktorunun ailə üzvləri də xilas edilib.
“Baş redaktorumuz Aydın Quliyevin yaşadığı həmin binada sakinlərlə birlikdə onun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da xilas edilib. Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır”,-deyə “Bakı xəbər”in əməkdaşları bildiriblər.