<b>Bakının mərkəzində daha 3 küçə bağlanır</b>
05 aprel 2017 17:02 (UTC +04:00)

Bakının mərkəzində daha 3 küçə bağlanır

0

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir. Lent.az ASC-yə istinadən xəbər verir ki, anoloji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq. Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

 

 

Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar