![[b]Bakıda qadın özünü metro qatarının altına atdı [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Bakıda qadın özünü metro qatarının altına atdı [/b]
0
0
Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun " Ulduz" stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.
İntihara cəhdin səbəbləri hələlik məlum deyil.
0
0