Dünən Azərbaycanda 2 qadın bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 5-də Binəqədi rayonunun Çiçək qəsəbəsində Bakı şəhər sakini Sahilə Əfəndiyeva, Sumqayıt şəhərində şəhər sakini Gülnarə Muradova evlərinin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.
Araşdırmalar aparılır.