Salyanda ana və uşaqları dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dəm qazından zəhərlənmə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Əsədova Pərvanə Adışirin qızı, oğlu 2001-ci il təvəllüdlü Əsədzadə Seymur və daha iki övladı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan ana və 15 yaşlı Seymur reanimasiya şöbəsinə yerləşdirilib. Qismən yüngül zəhərlənmə diaqnozu alan digər iki ailə üzvü həkimlərin yardımından sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.