[b]Abşeronda maşın piyadanı vurub öldürdü[/b]
26 iyul 2018 07:24 (UTC +04:00)

[b]Abşeronda maşın piyadanı vurub öldürdü[/b]

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

 

Faktla bağlı ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar