<b>ABŞ Suriyada kimyəvi silahın olduğunu sübut edəcək </b>
15 aprel 2018 06:32 (UTC +04:00)

ABŞ Suriyada kimyəvi silahın olduğunu sübut edəcək

 

 

ABŞ Suriyanın Duma şəhərində aprelin 7-də xlor və zarindən istifadə edildiyini sübuta yetirə biləcək informasiyaya malik olduğunu bəyan edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib.

 

“Malik olduğumuz informasiya xlor və zarindən istifadə edildiyinə işarə edir, bu vasitələr kimyəvi silah hesab edilir”, - deyə məmur qeyd edib.  

 

Qeyd edək ki, bundan əvvəl Qərb Dəməşqi Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Buna cavab olaraq ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecə Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar