<b>ABŞ-da polis növbəti qaradərilini belə öldürdü  </b> - YENİLƏNİB
25 sentyabr 2016 06:59 (UTC +04:00)

ABŞ-da polis növbəti qaradərilini belə öldürdü - YENİLƏNİB

0

ABŞ-ın Şarlott şəhərinin polis idarəsi qaradərili Kit Lamont Skottun asayiş keşikçiləri tərəfindən öldürülməsi anının əks olunduğu videonu yayıb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyatda iştirak etmiş polis əməkdaşlarının üzərindəki videokameraların qeydə aldığı kadrlar ictimaiyyətə təqdim olunub.

 

 

Bundan başqa polisin iddiasına görə, öldürülən Kit Lamont Skottun üzərindən aşkarlanan tapança və marixuananın şəkilləri də mətbuatda dərc olunub.

 

 

 

Ötən gün şəhər polis idarəsinin rəisi Kerri Putni keçirdiyi mətbuat konfransında Skottun üzərindən tapança aşkarlandığını qeyd edib. Lakin, ictimaiyyətə təqdim edilən videoçarxda Skotta məxsus tapança əks olunmayıb. Polis rəisinin sözlərinə görə, video digər sübutlarla birlikdə nəzərdən keçirilməlidir.      

 

Bundan əvvəl  Skottun həyat yoldaşı ərinin öldürülmə anının əks olunduğu videonu dərc edib

 

 

 ***** 20.19

 

ABŞ-ın Şarlott şəhərində polis əməkdaşları tərəfindən öldürülən qaradərilinin həyat yoldaşı ərinin öldürülmə anının əks olunduğu videonu dərc edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan insident Şarlott şəhərində bir neçə gün davam etmiş kütləvi iğtişaşlara və şəhərdə komendant saatının elan edilməsinə səbəb olub. Asayişi bərpa etmək üçün şəhərə hətta ABŞ Milli Qvardiyasının bölmələri yeridilib.   

 

Öldürülən 40 yaşlı Kit Lamont Skottun yaxınları onun silahsız olduğunu, polis isə üzərində tapançanın olduğunu iddia edir.

 

Kit Lamont Skotta atəş açan polis əməkdaşının qaradərili olduğu bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar