<b>"Oka" və "Zaporojets" toqquşdu: 1 ölü, 12 yaralı</b> - <span style="color:red;">YENİLƏNİB-3
21 noyabr 2017 21:32 (UTC +04:00)

"Oka" və "Zaporojets" toqquşdu: 1 ölü, 12 yaralı - YENİLƏNİB-3

Goranboyda baş verən yol qəzasında xəsarət alan azyaşlı dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.         

 

 

**** 20.11

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.

 

 

Əliyev Ramin Nazim oğlu,  1986

 

Quliyeva Şəbnəm Sabit qızı, 1999

 

Məmmədova Nüşabə İsrayıl, 1988

 

Quliyev Hüseyn Sadiq oğlu, 2002

 

Süleymanov Orxan Sərvan oğlu, 1997

 

Bayramova Sadəgül Həsən qızı, 1991

 

 

**** 19.59

 

Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.  APA-nın Qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri araşdırılır.  

 

 

***** 19.52

 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan 6 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların arasında azyaşlıların da olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar