<b>“Sədərək”dəki yanğınla bağlı DİN-dən açıqlama</b>
26 sentyabr 2016 12:18 (UTC +04:00)

“Sədərək”dəki yanğınla bağlı DİN-dən açıqlama

0

Daxili İşlər Nazirliyi Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 24-də saat 09 radələrində Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş verib. Nəticədə oradakı 3 mağazanın 38,5. kvm. sahəsi və oradakı əşyalar, habelə ticarət mərkəzinin 357 kvm. dam örtüyü yanıb. Yanğın zamanı orada mülki mühafizəçi işləyənlər - Bakı şəhər sakini Azər Sadıqov və Sumqayıt şəhər sakini Rafiq Məhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 169

Oxşar yazılar